Report xəbər verir ki, qərar MSK-nın yeni tərkibdə ilk iclasında müzakirəyə çıxarılıb.

Rövzət Qasımov MSK sədrinin müavini, Arifə Muxtarova və Mikayıl Rəhimov isə komissiyanın katibləri seçiliblər.

Qərar səsverməyə çıxarılıb və MSK üzvləri tərəfindən dəstəklənib.

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) yeni tərkibdə ilk iclasını keçirir.

Report xəbər verir ki, iclasın gündəliyinə əsasən, MSK sədri, onun müavini və katiblər seçiləcək.

Qeyd edək ki, iclasda Milli Məclisin sədri Sahibə Qafarova da iştirak edir.

MSK üzvlərinin tam siyahısı ilə bu linkdən tanış olmaq olar.