Bu barədə Report Azərbaycan Maliyyə Nazirliyinə istinadən xəbər verir. Müzakirələr dövlət maliyyəsinin idarə edilməsi sahəsində təcrübə mübadiləsi üzrə IV beynəlxalq konfrans çərçivəsində keçirilib.

Tədbir Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyi ilə Rusiya Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib və MDB ölkələrinin profil strukturları arasında əməkdaşlığın gücləndirilməsi, habelə peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi məqsədi daşıyıb.

Konfransda Azərbaycan Maliyyə Nazirliyinin büdcə şöbəsinin, Dövlət Xəzinədarlıq Agentliyinin və Orta müddətli xərc çərçivəsinin hazırlanması Mərkəzinin əməkdaşları iştirak ediblər. Tədbir çərçivəsində Azərbaycanda büdcə planlaşdırılması və büdcə xərclərinin səmərəliliyinin monitorinqi sahəsində islahatlar mövzusunda təqdimat edilib.

Bundan əlavə, konfrans çərçivəsində nəticəyönümlü büdcələşdirmənin tətbiqi zamanı büdcə alətlərindən istifadə, büdcə prosesinin rəqəmsallaşdırılması, habelə "yaşıl büdcə" və süni intellekt texnologiyalarından istifadə məsələləri müzakirə olunub.