- Президент Израиля Ицхак Герцог посетил Астану для встречи с президентом Казахстана Касым-Жомартом Токаевым
- Обсуждались пути укрепления партнерства в сферах технологий, инноваций, ИИ, сельского хозяйства и управления водными ресурсами
- Казахстан присоединился к Авраамовым соглашениям
- Стороны подтвердили приверженность стабильности и безопасности
Bu barədə Report xəbər verir, Hersoq X sosial şəbəkəsində bildirib.
"İsrail və Qazaxıstan arasında dostluq onilliklərə söykənir. Atam Xaim Hersoq 1993-cü ildə, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından qısa müddət sonra Qazaxıstana səfər edən ilk İsrail Prezidenti idi. Bugünkü görüşdə texnologiya, innovasiya, süni intellekt, kənd təsərrüfatı və su ehtiyatlarının idarə edilməsi də daxil olmaqla bir sıra sahələrdə ikitərəfli tərəfdaşlığın daha da gücləndirilməsi yollarını müzakirə etdik", - o yazıb.
Onun sözlərinə görə, tərəflər həmçinin aktual regional məsələlərə toxunub və sabitlik və təhlükəsizliyin təmin edilməsinə sadiqliklərini təsdiqləyiblər.
"Qazaxıstanın İbrahim razılaşmalarına qoşulmaq qərarı regional əməkdaşlığın gücləndirilməsi və Yaxın Şərq və Asiyanın bütün xalqları üçün sülh, tolerantlıq və firavanlıq gələcəyinin qurulması istiqamətində mühüm addımdır", - o əlavə edib.
Mənbə: report.az
Комментарии
Загрузка…
Оставить комментарий