Report Interia Wydarzenia-ya istinadən xəbər verir ki, o, bu barədə "Ukraynanın Bərpası Konfransına gedən yol: təhlükəsizlik və müdafiə ölçüsü" tədbirində bildirib.

"Bu gün sizinlə birlikdə Polşa təhlükəsizliyinin inkişafında bu yeni mərhələni açmaqdan qürur duyuram. Və bu layihədə tərəfdaşımızın bu gün havada taleyi həll edən sahədə ən böyük təcrübəyə malik ölkə olmasından qürur duyuram", - deyə o bildirib.

Tusk qeyd edib ki, Polşanın dron armadası yaratmaq proqramı ukraynalı mütəxəssislərin texniki həllərinin dəstəyi ilə həyata keçiriləcək.

O vurğulayıb ki, Ukrayna hava məkanının müdafiəsini gücləndirməyə çalışan ölkələr üçün mühüm tərəfdaşa çevrilib, onun digər dövlətlərə, o cümlədən Yaxın Şərqdə yardım təcrübəsini xatırladıb.

"Polşa-Ukrayna münasibətləri və Avropa ilə Ukrayna arasındakı münasibətlər müharibə aparan ölkəyə birtərəfli yardım deyil. Biz Ukraynanın da çox şey verə biləcəyi tərəfdaşlıq modeli qurmağı bacardıq", - deyə Tusk əlavə edib.

Xatırladaq ki, bazar ertəsi Donald Tusk Polşanın Jeşuv şəhərində Ukraynanın Baş naziri Yuliya Sviridenko ilə görüşüb.