Report-un məlumatına görə, nazirin sözlərini Reuters sitat gətirib.

O qeyd edib ki, ötən 2025-ci ildə ölkəyə gələn 97 milyon turistdən sonra (2024-cü illə müqayisədə 3,5% artım) İspaniya bu il də müqayisə olunan artım templərini qoruya bilər.

"Biz insanlara biletləri indi almağı tövsiyə edirik, çünki aviaşirkətlər hələ də əvvəlcədən alınmış kerosindən istifadə edir, yəni qiymət dəyişkənliyi faktoru artıq mövcuddur. <...> Artıq aydındır ki, qiymətlər artıb və bu, tələbata təsir edə bilər", - deyə Hereu bildirib, ispan və Avropa hakimiyyət orqanlarının yanacaq qıtlığının qarşısını almaq üçün tədbirlər gördüyünü qeyd edib.

Reuters qeyd edir ki, 28 fevralda ABŞ və İsrailin İrana zərbələrindən sonra qlobal neft tədarükündəki fasilələr qiymətlərin təxminən 50% artmasına səbəb olub.

Hereu qeyd edib ki, avrozonanın dördüncü ən böyük iqtisadiyyatı olan İspaniya bir sıra digər ölkələrlə müqayisədə daha böyük aviasiya yanacağı ehtiyatlarına və daha yüksək istehsal gücünə malikdir.

Bununla belə, o xəbərdarlıq edib: "Əgər İspaniyaya turistlərin gəldiyi ölkələrdə problemlər yaranarsa, bu, bizə də təsir edəcək".