- Милли Меджлис Азербайджана принял законопроект об оплате обучения детей погибших саперов за счет государства.
- Законопроект предусматривает снижение налогооблагаемого дохода семей погибших саперов на 400 манатов в месяц.
- Нормы вступают в силу с 15 сентября 2026 года и распространяются на детей до 23 лет.
- Законопроект принят в третьем чтении.
Report-un məlumatına görə, Vergi Məcəlləsinə, "Təhsil haqqında" və "Minalardan təmizləmə fəaliyyəti haqqında" qanunlara dəyişikliklər edilməsi barədə müvafiq qanun layihəsi bu gün Milli Məclisin plenar iclasında müzakirə edilib.
Qeyd olunub ki, qanun layihəsi minalardan təmizləmə işləri zamanı həlak olmuş işçilərin ailə üzvlərinin sosial təminatının yaxşılaşdırılması və onlara dövlət dəstəyinin səviyyəsinin artırılması məqsədilə hazırlanıb.
Dəyişikliklər minalardan təmizləmə zamanı həlak olmuş minalardan təmizləmə işçilərinin uşaqlarının ölkənin təhsil müəssisələrində (əlavə təhsil istisna olmaqla) mülkiyyət formasından asılı olmayaraq təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsini nəzərdə tutur.
Bundan əlavə, həlak olmuş minalardan təmizləmə işçilərinin ailə üzvlərinin vergi tutulan gəlirinin ayda 400 manat azaldılması təklif olunur.
Qanun layihəsi minalardan təmizləmə işçilərinin ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və dövlət dəstəyinin gücləndirilməsinə yönəlib.
2026-cı il sentyabrın 15-dən qüvvəyə minən normalar qanun qüvvəyə minənədək həlak olmuş və ya aldıqları yaralardan vəfat etmiş minalardan təmizləmə işçilərinin uşaqlarına (23 yaşadək) da şamil edilir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Mənbə: report.az
Комментарии
Загрузка…
Оставить комментарий