- Завершены съемки фильма 'Novella II' об азербайджанцах в Грузии
- Хронометраж фильма около 40 минут
- Съемки проходили в Тбилиси, Марнеули, Гардабани и Телави
- Фильм рассказывает об успехах в праве, медицине, соцдеятельности и спорте
- Планируется показ на кинофестивалях и телеканалах Imedi TV и Rustavi 2
Bu barədə Report layihə rəhbəri İlkin Hüseynova istinadən xəbər verir.
Onun sözlərinə görə, filmin xronometrajı təxminən 40 dəqiqədir. Çəkilişlər Gürcüstanın bir neçə bölgəsində - Tbilisi, həmçinin Marneuli, Qardabani və Telavidə aparılıb.
Film hüquq, tibb, sosial fəaliyyət və idman sahələrində uğurla reallaşmış gənc azərbaycanlılardan bəhs edir, onların peşə yolunu, çətinlikləri dəf etməsini və əldə etdiyi nəticələri əks etdirir.
Film Aktual Media şirkəti tərəfindən biznes ictimaiyyətinin nümayəndələrinin dəstəyi ilə çəkilib və hazırda montajın son mərhələsindədir.
Layihənin birinci hissəsi - "Novella I" 2025-ci ildə çıxıb. Yeni filmin yerli və beynəlxalq kino festivallarında təqdim edilməsi, həmçinin aparıcı Gürcüstan televiziya kanallarında - Imedi TV və Rustavi 2-də nümayiş etdirilməsi planlaşdırılır.
Mənbə: report.az
Комментарии
Загрузка…
Оставить комментарий