- В регионе Папуа произошли столкновения между гражданскими и полицией из-за присутствия военных.
- Военная операция против сепаратистов привела к гибели 15 человек, включая женщин и детей.
- Протестующие требуют вывода военных из всех шести провинций Папуа.
- Полиция применила слезоточивый газ и водометы, пятеро полицейских ранены.
- Регион Папуа известен месторождением золота и меди Grasberg, разрабатываемым совместно с Freeport.
Bu barədə Report Reuters-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, bu ayın əvvəlində silahlı separatçılara qarşı keçirilən hərbi əməliyyat nəticəsində 15 nəfərin, o cümlədən qadın və uşaqların həlak olduğu ehtimal edilir.
Aksiya iştirakçıları hərbi qüvvələrin Papuanın altı əyalətindən çıxarılmasını və zorakılığın dayandırılmasını tələb ediblər. Polisin məlumatına görə, son əməliyyat zamanı tələfat xəbərləri yerli sakinlər arasında narazılıq dalğasına səbəb olub.
Rayonlardan birində polis etirazçılar daş atmağa başladıqdan sonra gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Beş polis əməkdaşı yaralanıb, nümayişçilər arasında xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Toqquşmalardan sonra aksiyalar dinc şəkildə davam edib. Hadisə yerinə regional deputatlar gələrək etirazçılarla görüşüb və onların tələblərini dinləyiblər.
Qeyd edək ki, əməliyyat 1969-cu ildən bəri Papua bölgəsinin müstəqilliyi uğrunda mübarizə aparan silahlı separatçılara qarşı yönəldilib. Bölgə həmçinin dünyanın ən böyük qızıl və mis yataqlarından biri olan, İndoneziya hökuməti və Amerika Freeport şirkəti tərəfindən birgə işlənilən Grasberg mədəni ilə tanınır.
Mənbə: report.az
Комментарии
Загрузка…
Оставить комментарий